Tokioda güclü yağış həyatı İflic etdi, 140 mindən çox insan zərər çəkdi
Tokionu təsiri altına alan güclü yağışlar səbəbindən ləğv edilən qatar reyslərindən 140 mindən çox insan əziyyət çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Dəmir yolu operatorları tərəfindən verilən açıqlamada, Tokioda müşahidə olunan güclü yağışlar səbəbindən bəzi qatar reyslərinin ləğv edildiyi bildirilib.
Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) güclü yağışlar səbəbindən paytaxt Tokionun cənubundakı vulkanik Niijima adası üçün ən yüksək səviyyəli torpaq sürüşməsi xəbərdarlığı yayıb.
Ada bölgəsində ehtimal olunan torpaq sürüşmələrinə qarşı "ən yüksək səviyyəli həyəcan rejimində qalınması" tələb olunan açıqlamada, paytaxt, o cümlədən onun ətrafındakı Saitama və Çiba prefekturalarında güclü yağışların təsirinin həftə ərzində davam edə biləcəyi vurğulanıb.
Aysel Mətləb