Yəməndə paytaxta hücum hazırlanır - Əməliyyat QƏRARI
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr paytaxt Sənanın azad edilməsi ilə bağlı əməliyyatın başlanmasına dair qərar qəbul edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, PLC qüvvələri Sənanın nəzarətə götürülməsi istiqamətində əməliyyatla bağlı qərarın qəbul edildiyini elan edib.
Əməliyyatın nə vaxt başlayacağı və qüvvələrin hansı istiqamətlərdən irəliləyəcəyi barədə isə əlavə məlumat verilməyib.
Kübra Musayeva