Külək gücləndi, SOCAR hərəkətə keçdi: Təhlükəli işlər dayandırılır
Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə TodayPress TV-yə "Azneft" İB-dən məlumat verilib.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
"Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - məlumatda deyilir.