Putin sülh danışıqları üçün nəyi gözləyir? - Vaxt AÇIQLANDI
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner Rusiyanın ölkədə keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra danışıqlara yenidən başlamağa hazır ola biləcəyini bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Figaro” Fransa prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Amerikalılar bizə dedilər ki, Dumaya seçkilərdən sonra Rusiyada danışıqlara yeni hazırlıq yaranacaq və bu kontekstdə biz danışıqların yeni mərhələsinə hazırlaşmalıyıq”, – Fransa prezident administrasiyasından jurnalistlərə bildirilib.
Məlumata görə, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-də keçiriləcək.
Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Kiyevdə Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Kübra Musayeva