5 milyon tonluq taxıl axınından sonra Latviya hərəkətə keçdi
Latviya Rusiyadan və Belarusdan idxal olunan taxıla 300 faizlik tarif tətbiq etməyi planlaşdırır.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Latviya Baş naziri Kulbergs bildirib ki, bu qərar “Latviya fermerlərinin maraqları” ilə əlaqədardır.
Qeyd olunur ki, bu qərarın həyata keçirilməsi Rusiyaya ciddi maliyyə itkiləri yaşada bilər. Belə ki, yeni mövsümün əvvəlindən 2026-cı ilin avqust ayının ortalarınadək Rusiyanın Baltik dənizindəki limanlarından taxıl yüklərinin göndərilməsi ilə bağlı müraciətlərin həcmi 5 milyon tona çatıb. Bu, əvvəlki ixrac mövsümü ilə müqayisədə beş dəfə çoxdur.
Bundan əlavə, Rusiya ixracatçıları Baltikyanı ölkələrin, əsasən də Latviyanın limanlarına getdikcə daha çox diqqət yetirirlər. Sentyabr ayında bu limanlardan taxıl yüklərinin həcminin kəskin artacağı gözlənilir.
Kübra Musayeva