İki əfsanə, bir komanda: Messi və Ronaldu eyni formanı geyinəcək!

İki əfsanə, bir komanda: Messi və Ronaldu eyni formanı geyinəcək!
07.09.2026 23:25 İdman

Futbol dünyasının iki əfsanəsi – portuqaliyalı Kriştianu Ronaldu və argentinalı Lionel Messi karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə “Foot Mercato” Tevesin açıqlamasına istinadən məlumat yayıb.

“Boka Xuniors”un ən tanınmış əfsanələrindən biri olan Teves bildirib ki, Messi və Ronaldu 2026-cı ilin dekabrında Buenos-Ayresdə keçiriləcək vida matçında eyni komandada çıxış edəcəklər.

Tarixi hadisənin “Boka Xuniors”un ev oyunlarını keçirdiyi məşhur “La Bombonera” stadionunda baş tutacağı gözlənilir.

Keçmiş argentinalı futbolçu bildirib ki, hər iki ulduzun onun vida matçında birlikdə oynamaq razılığını alıb.

“Həmişə Kriştianu ilə Leonun bir komandada oynadığını görmək arzusunda olmuşam. Onlar bütün zamanların ən böyük futbolçularıdır. Onlarla əlaqə saxladım, xüsusilə də Kriştianu ilə danışdım. Ona dedim ki, vida matçımda səni və Messini eyni komandada görmək istəyirəm. Qoy bütün dünya nəhayət bu sehrin şahidi olsun”, - deyə Teves qeyd edib və bildirib ki, Ronaldu onun təklifini qəbul edib.

Onun sözlərinə görə, Messini razı salmaq da çətin olmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər