Zamana müdaxilə ediləcək - Dünyanın vaxtı dəyişir, daha sürətlə fırlanır
Dünyanın vahid vaxt sistemi Yerin fırlanmasından asılılığını itirə bilər.
TodayPress TV “Financial Times”a istinadən yazır ki, oktyabrın ortalarında Beynəlxalq Çəki və Ölçülər Bürosunda (BIPM) Koordinasiya edilmiş Ümumdünya Vaxtı (UTC) sisteminin dəyişdirilməsi və “artıq saniyə”lərdən imtina məsələsi müzakirə olunacaq.
Buna səbəb təxminən 2015-ci ildən etibarən Yerin daha sürətli fırlanmasıdır. Bu tendensiya davam edərsə, 2035-ci ilə qədər tarixdə ilk dəfə UTC-dən bir saniyənin çıxarılmasına ehtiyac yarana bilər.
Alimlər bunun rəqəmsal sistemlərdə, telekommunikasiyada və dəqiq vaxt göstəricilərinin mühüm olduğu digər infrastrukturlarda nasazlıqlara səbəb ola biləcəyindən narahatdırlar.
Kübra Musayeva