Arxeoloqları heyrətə gətirən tapıntı - Torpağın altından 5 min illik skelet çıxdı

Arxeoloqları heyrətə gətirən tapıntı - Torpağın altından 5 min illik skelet çıxdı
08.09.2026 07:50 Maraqlı

Polşanın Aşağı Sileziya regionunda, Vrotslav şəhəri yaxınlığında təxminən 5 min il əvvəl yaşamış kişiyə aid skelet aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb.

Skelet Jhuravina yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Yaxın vaxtlarda həmin şəxs haqqında daha ətraflı məlumat əldə etmək üçün DNT testi keçiriləcək.

Arxeoloqlar, həmçinin ərazidə iki insan kəlləsinin fraqmentlərini və üzərində deşiklər olan 42 heyvan dişi də aşkarlayıblar. Güman edilir ki, onlar bəzək əşyası kimi istifadə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər