“İnter”in baş məşqçisindən Mourinyoya minnətdarlıq: “O, xüsusi biridir”

“İnter”in baş məşqçisindən Mourinyoya minnətdarlıq: “O, xüsusi biridir”
08.09.2026 08:24 İdman

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Real”a qarşı keçiriləcək matçdan öncə Joze Mourinyo ilə bağlı xatirələrini bölüşüb.

TodayPress TV xəbər verir ki, rumıniyalı mütəxəssis mətbuat konfransında portuqaliyalı çalışdırıcının onun həyatında xüsusi yeri olduğunu bildirib.

“Mourinyo mənim üçün xüsusi insandır. Bəxtim gətirib ki, onunla rastlaşmışam. O, həyatımın ən çətin məqamında mənə kömək edib və bunu heç vaxt unutmayacağam. Mən heç kimin kopyası olmamışam. Futbola dair öz baxışım var. Bu baxış oyunçu olduğum illərdə, daha sonra gənclər sektorunda çalışdığım və müxtəlif ideyalarla eksperiment apara bildiyim vaxtlarda formalaşıb. İndi həmin təcrübə mənə kömək edir.

Biz bu klubun tarixində yeni vacib səhifələr yazmalıyıq. Bu stadiona gəldikdə isə - o, daha da gözəlləşib. İndi arena daha müasir görünür və burada oynamaq imkanı əldə etmək hər kəs üçün böyük zövqdür”, - deyə Kivu bildirib.

Qeyd edək ki, “Real” – “İnter” qarşılaşması bu gün, sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər