Bu Avropa ölkəsi vətəndaşlıq almaq qaydalarını sərtləşdirir
İrlandiya hakimiyyəti ölkədə vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə qədər artırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Irish Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İrlandiya vətəndaşlığı almaq istəyən şəxslər ölkədə səkkiz il yaşamalı, həmçinin dil biliyi üzrə imtahan verməli və iqtisadi baxımdan özünü təmin edə bilməlidirlər.
Qeyd olunur ki, imtahan yalnız ingilis dilini deyil, irland dilini bilmək üzrə də verilə biləcək.
Xatırladaq ki, bir il əvvəl İrlandiya hakimiyyəti pasport almaq üçün ölkədə tələb olunan yaşayış müddətini üç ildən beş ilə qədər artırmışdı.
Aysel Mətləb