Nuhun gəmisinin izi tapıldı? - ARAŞDIRMA

Nuhun gəmisinin izi tapıldı?  - ARAŞDIRMA
08.09.2026 08:30 Maraqlı

Türkiyədə əfsanəvi Nuhun gəmisinin qalıqlarının axtarışı ilə bağlı yeni araşdırma aparılıb.

TodayPress TV xəbər verir ki, tədqiqatçılar axtarış ərazisində qayığa bənzəyən bir quruluş aşkar etdiklərini bildiriblər.

Yerə nüfuz edən radarın nəticələrində düz bucaqlar, dəhlizlər və mümkün daxili bölmələr müəyyən edilib.

Arxeoloq Endryu Consun sözlərinə görə, tapıntının gəminin qalıqları olub-olmadığı hələ məlum deyil. Alimlər ərazinin GPS xəritəsini hazırlayıb və torpaq nümunələri götürüblər.

Araşdırmada ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də iştirak edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər