Rusiyanın Saratov şəhərinə dron hücumu: Ölənlər var - VİDEO

Rusiyanın Saratov şəhərinə dron hücumu:  Ölənlər var - VİDEO
08.09.2026 08:51 Dünya

Ukrayna dronlarının 8 sentyabr gecəsi Rusiyanın Saratov şəhərinə hücum etdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, Saratov vilayətinin qubernatoru Roman Busarginin sözlərinə görə, hücum nəticəsində sakinlər arasında xəsarət alanlar olub, mülki infrastruktura ziyan dəyib.

İlkin məlumatlarda ölənlərin olduğu da qeyd edilir.

Hadisə ilə əlaqədar şəhərdə bütün təcili yardım xidmətləri işə cəlb olunub.

Hücumdan sonra Saratovdakı Qaqarin hava limanında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyət qoyulub.

Məlumata görə, bu, Saratov vilayətinə iyulun əvvəlindən bəri dördüncü dron hücumudur. Bölgə son aylarda dəfələrlə Ukrayna dronlarının hücumlarına məruz qalıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər