Avropanın zirvəsindən Olimpiadaya: Üstündağdan iddialı bəyanat

Avropanın zirvəsindən Olimpiadaya: Üstündağdan iddialı bəyanat
08.09.2026 09:40 İdman

Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ qadınlar arasında Avropa çempionatının finalında Türkiyə millisinin qələbəsindən sonra təəssüratlarını bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “karar.com” məlumat yayıb.

Federasiya rəhbəri komandanın çempionluğundan qürur duyduğunu bildirib:

“Biz qalib gələcəyimizə inanurduq. Öz evimizdə bir Avropa çempionluğumuz var idi, iki dəfə isə finalda oynamışdıq. Bu, üçüncüsü idi və biz qalib gəlməli idik, qalib də gəldik. Bu qələbədə azarkeşlərin çox mühüm rol oynadığını gördüm. Matça çox pis başladıq, çox uğursuz set oldu. Ardınca möhtəşəm geri dönüş və hesab 1:1 oldu. Sonra yenidən pis set, yenə möhtəşəm geri dönüş və möhtəşəm tay-breyk izlədik. Bu finalın ab-havası başqa idi, burada enişlər və yoxuşlar yaşandı.

Son topa qədər mübarizə aparan və təslim olmayan bu komandanı alnından öpürəm. Bu komanda bu ölkəyə yaşana biləcək ən gözəl hissləri bəxş etdi. Bu komanda bu ölkənin komandasıdır. Hər kəs bu komandaya sahib çıxmalıdır. Çünki onlar gənclər üçün rol modeli, nümunə oldular və bizə hər cür qürur yaşatdılar. Növbədə isə Olimpiya medalıdır”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər