Ağır zədədən B Seriyasına: Belotti “Modena” yolunda

Ağır zədədən B Seriyasına: Belotti “Modena” yolunda
08.09.2026 08:35 İdman

“Milan”ın sabiq hücumçusu Andrea Belotti B Seriyasında çıxış edən “Modena” klubuna keçməyə yaxındır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı italiyalı forvard yeni klubu ilə müqavilə şərtlərini razılaşdırıb və komandaya azad agent statusunda qoşulacaq. Tərəflər arasında bir mövsümlük müqavilə imzalanacaq. Bu gün tibbi müayinədən keçəcək təcrübəli hücumçunun transferi rəsmən elan olunacaq.

Belottinin son klubu “Kalyari” olub. O, ötən mövsüm Sardoniya təmsilçisinin heyətində cəmi 8 matçda meydana çıxıb. Sentyabr ayında ön çarpaz bağlarının qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan forvard müqavilə müddəti başa çatdıqdan sonra azad agent statusu alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər