Səudiyyə klublarından “Qızıl top”a böyük hücum: Mane və Kinyones!
“Əl-Nəsr” klubunun sенеqallı hücumçusu Sadio Mane və “Əl-Qadisiya”nın mexsikalı forvardı Xulian Kinyones “France Football” nəşrinin 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatına namizəd olan 30 futbolçu siyahısına daxil ediləcək.
TodayPress TV xəbər verir ki, insayder Ben Ceykobs hər iki futbolçunun Səudiyyə Pro Liqasında və DÇ-2026-dakı performanslarının yüksək qiymətləndirildiyini bildirib.
Mükafatın yekun namizədlər siyahısında UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan PSJ-dən rekord sayda - 10 futbolçunun yer alacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm 34 yaşlı Sadio Mane klub və milli komandada keçirdiyi 55 oyunda 24 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı çempionu olub.
29 yaşlı Xulian Kinyones isə Səudiyyə Pro Liqasının ötən mövsümündə 33 qolla bombardir olub. O, bütün turnirlərdə keçirdiyi 46 matçda 41 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Namiq HUN