İraola effekti: Soboslai “Liverpul”un yenidən zirvəyə qayıdacağına inanır
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai Andoni İraolanın baş məşqçi təyinatından sonra komandadan gözləntilərini bölüşüb.
TodayPress TV xəbər verir ki, macarıstanlı futbolçu yeni baş məşqçinin oyun üslubunun onun keyfiyyətlərinə tam uyğun gəldiyini bildirib.
“İraola çox xoşuma gəlir. Bilirəm ki, o, birbaşa və intensiv futbola üstünlük verir, bu üslub tam mənə uyğundur. Ötən mövsüm bizə məhz bu intensivlik çatmırdı. Əgər onu geri qaytara bilsək və rəqiblərdən daha çox güc qoymağa hazır olduğumuzu göstərsək, kifayət qədər ustalığımız var. Bu birləşmə ilə bizi heç kim saxlamaz”, - deyə Soboslai klubun mətbuat xidmətinə bildirib.
Qeyd edək ki, Premyer Liqada keçirdiyi 3 turdan sonra 5 xal toplayan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. İraolanın komandası növbəti matçını sentyabrın 9-da Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirəcək.
Namiq HUN