Braziliyalı ulduz Türkiyəni tərk etdi: Bekao Moskvadadır

Braziliyalı ulduz Türkiyəni tərk etdi: Bekao Moskvadadır
08.09.2026 08:54 İdman

Müdafiəçi Rodriqo Bekao Turkiyənin “Fənərbağça” klubundan ayrılaraq mövsümün sonunadək icarə əsasında “Rodina”ya keçmək üçün tibbi müayinədən keçməyə Moskvaya yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, “Rodina” və “Fənərbağça” tam razılıq əldə ediblər. Transfer futbolçunun tibbi müayinədən uğurla keçəcəyi təqdirdə rəsmiləşəcək.

30 yaşlı braziliyalı müdafiəçi 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edir və onun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına kimidir. 

Bekao daha əvvəl – 2018-2019-cu illərdə ÇSKA-nın şərəfini qoruyub. “Transfermarkt” portalında futbolçunun transfer dəyəri 2 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər