Kiyevə gecə hücumu: Ölən və yaralananlar var - VİDEO

Kiyevə gecə hücumu: Ölən və yaralananlar var - VİDEO
08.09.2026 08:21 Dünya

Ukraynanın paytaxtı Kiyev 8 sentyabr gecəsi kütləvi raket hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, ilkin məlumatlara görə, təxminən 45 dəqiqə ərzində şəhərə 25-ə yaxın ballistik raket atılıb.

Hücum nəticəsində Kiyevin bir neçə rayonunda yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, yanğınlar baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Xilasedicilər dağıntılar altında qalan və təhlükəli vəziyyətdə olan sakinləri təxliyə edib. Hazırda şəhərdə hücumun nəticələrinin aradan qaldırılması və dağıntıların təmizlənməsi işləri davam etdirilir.

Ölən və yaralananların sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər