Sobolenko titulunu qoruyacaq, yoxsa yeni çempion doğacaq? - 1/4 final

Sobolenko titulunu qoruyacaq, yoxsa yeni çempion doğacaq? - 1/4 final
08.09.2026 09:05 İdman

“US Open - 2026” turnirində qadınlar arasında fərdi növdə bütün 1/4 final cütlükləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, yarışın doqquzuncu oyun gününün yekunlarına əsasən 1/4 final mərhələsinin bütün cütlükləri bəlli olub.

1/4 final cütlükləri:

Çjen Çinven (Çin) – Yelena Rıbakina (Qazaxıstan)

Arina Sobolenko (Belarus) – Linda Noskova (Çexiya)

Cessika Pequla (ABŞ) – Emma Navarro (ABŞ)

Mirra Andreyeva (Rusiya) – Kori Qauff (ABŞ)

Qeyd edək ki, “US Open – 2026” turnirinin qadınlar arasında fərdi yarışları avqustun 30-dan sentyabrın 12-dək keçirilir. Turnirin son çempionu 2025-ci ilin finalında amerikalı Amanda Anisimovaya qalib gəlmiş belaruslu Arina Sabalenkadır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər