7435 şagirdin nəticəsi bütün Azərbaycanın göstəricisidir – Emin Əmrullayev

7435 şagirdin nəticəsi bütün Azərbaycanın göstəricisidir – Emin Əmrullayev
08.09.2026 11:45 Elm və Təhsil

"PISA Azərbaycan təhsil sistemini digər ölkələrlə müqayisə etmək üçün mühüm imkan yaradır".

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.

Onun sözlərinə görə, PISA  gün bizə özümüzü digər ölkələrlə müqayisə etməyə imkan verir:

"Bu, kiminsə rəyi və ya subyektiv fikri deyil, dəfələrlə təkrarlanan və elmi əsaslara söykənən qiymətləndirmədir".

Nazir xüsusilə PISA nəticələrinin yalnız mövcud vəziyyəti deyil, təhsildə əvvəlki illərdə görülən işlərin nəticələrini də əks etdirdiyini vurğulayıb.

“Bu gün gördüyümüz PISA nəticələri böyük ehtimalla arxada olan 10-12 illik fəaliyyətlə bağlıdır. Çünki əsasən 15 yaşlı uşaqlar qiymətləndirilir. Bu gün tətbiq etdiyimiz və daha çox ümid bağladığımız son illərin layihələrinin nəticəsi deyil”, – deyə nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, PISA-nın əsas məqsədlərindən biri ölkələrin təhsil sistemlərini vahid qiymətləndirmə mexanizmi əsasında müqayisə etməkdir.

Onun sözlərinə görə, tədqiqat çərçivəsində əsasən üç istiqamət – oxu savadlılığı, riyazi savadlılıq və təbiət elmləri üzrə savadlılıq qiymətləndirilir.

Nazir bildirib ki, PISA-da Azərbaycan üzrə 197 məktəbdən 7 435 şagird iştirak edib və bu seçmə ölkədəki 15 yaşlı şagirdləri statistik olaraq təmsil edir.

Emin Əmrullayev əlavə edib ki, PISA nəticələrinin təhlili Azərbaycan təhsilində hansı istiqamətlərin inkişaf etdirilməsinə ehtiyac olduğunu müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir.

“Buradan çıxarılan dərslər tətbiq olunmalı və inkişaf etdirilməlidir”, – nazir vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər