PISA nəticələrində qız-oğlan fərqi: Azərbaycanda 36 ballıq fərq qeydə alınıb
PISA 2025 nəticələrinin təqdimatı zamanı Azərbaycanda qız və oğlan şagirdlərin göstəriciləri arasındakı fərqlərə diqqət çəkilib.
TodayPress TV xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri ilə bağlı məlumatlandırma çıxışında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
O bildirib ki, Azərbaycanda oxu savadlılığı üzrə qızlar oğlanlardan əhəmiyyətli dərəcədə yüksək nəticə göstəriblər.
Belə ki, qız və oğlan şagirdlərin nəticələri arasında 36 ballıq fərq qeydə alınıb.
"PISA qiymətləndirməsində 36 ballıq fərq təxminən iki illik təhsil fərqinə uyğun gəlir. Bu göstərici oxu savadlılığında qızların nəticələrinin oğlanlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərir".
Nazir bu fərqin səbəblərinin ayrıca araşdırılmasının vacibliyini vurğulayıb.
Türkan İsgəndərli