Dembele “Qızıl top” mübarizəsində öz favoritlərini açıqladı
PSJ-nin və Fransa millisinin vinqeri Usman Dembele 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatına əsas üç namizədin adını açıqlayıb.
TodayPress TV xəbər verir ki, təcrübəli hücumçu “The Touchline” nəşrinə açıqlamasında favortilərini sıralayıb:
“Qızıl top” uğrunda mübarizədə mənim favorit üçlüyüm Xviça Kvaratsxeliya, Harri Keyn və Kilian Mbappedir”.
Qeyd edək ki, dünyanın en nüfuzlu fərdi mükafatının son sahibi məhz Dembelenin özüdür.
Xatırladaq ki, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının qalibi PSJ olub.
Namiq HUN