100 milyonluq iddia: “Qırmızı şeytanlar”dan gözlənilməz gediş

100 milyonluq iddia: “Qırmızı şeytanlar”dan gözlənilməz gediş
08.09.2026 12:45 İdman

“Mançester Yunayted” qış transfer pəncərəsində daha bir mərkəz yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.

Bildirilir ki, “qırmızı şeytanlar” yanvar ayında “Borussiya Dortmund”un yarımmüdafiəçisi Feliks Nmeçanın transferinə hazırlaşır. İngiltərə klubu artıq futbolçu ilə bağlı Dortmund təmsilçisi ilə ilkin danışıqlara başlayıb. 

25 yaşlı futbolçu ilə “Mançester Siti” və “Nyukasl”ın da maraqlandığı bildirilir. “Borussiya”nın bu transfer üçün 100 milyon avro tələb edəcəyi vurğulanır.

Qeyd edək ki, “Mançester Yunayted” yay transfer pəncərəsində üç mərkəz yarımmüdafiəçisi transfer edib: “Çelsi”dən Andrey Santos, “Brayton”dan Karlos Baleba və “Aston Villa”dan Yuri Tilemans.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər