I Liqada transfer bombası: “Səbail” fransalı futbolçunu rəsmiləşdirdi
Azərbaycan I Liqasında mübarizə aparan “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fransa III Liqasından yarımmüdafiəçi transfer edib.
Bakı klubu Sofian Boudraa ilə “1+1” illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı fransalı yarımmüdafiəçi “Səbail”ə keçidə qədər Fransa III Liqasında çıxış edən “Oban” (“Aubagne Air Bel”) klubunda forma geyinib.
Namiq HUN