Emin Əmrullayev: "Dünyada təhsilin nəticələri geriləyib"

Emin Əmrullayev: "Dünyada təhsilin nəticələri geriləyib"
08.09.2026 12:01 Elm və Təhsil

"2022-ci ildən sonra dünya üzrə təhsil nəticələrində də müəyyən geriləmə müşahidə olunub".

TodayPress TV xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, Azərbaycanın bəzi göstəricilərinin müsbət olduğunu vurğulayıb. Nazir xüsusilə riyaziyyat üzrə nəticələrin digər ölkələrlə müqayisədə qənaətbəxş olduğunu bildirib.

“Riyaziyyat nəticələrimiz kifayət qədər yaxşıdır və başqa ölkələrlə müqayisədə yaxşılaşır. Bakı riyaziyyat üzrə nəticələrinə görə ən yaxşı göstəricilərə malik ölkə və şəhərlər arasında yer alır".

E.Əmrullayev gələcəkdə müəllimlərin sertifikasiyası, dərsliklərin təkmilləşdirilməsi, müəllimlərlə iş və məktəbəqədər təhsildən məktəbə keçid istiqamətlərində işlərin davam etdiriləcəyini söyləyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər