UEFA Gənclər Liqası: “Sabah”ın oyunu belçikalı referiyə həvalə olundu!
UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Mançester Yunayted” U-19 – “Sabah” U-19 qarşılaşmasının hakim təyinatları bəlli olub.
TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi FIFA referisi Simon Burdoüe olacaq. Ona yan xətt hakimləri Maykl Qeerolf və Yonas Van Duk köməklik göstərəcəklər.
Qeyd edək ki, “Mançester Yunayted” U-19 – “Sabah” U-19 görüşü sentyabrın 10-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Namiq HUN