Ad günündə aldığı hədiyyə kişini milyonçu etdi
ABŞ-nin İllinoys ştatında yaşayan kişi dostunun ad günü hədiyyəsi olaraq verdiyi lotereya bileti ilə 1 milyon dollar qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “UPI” məlumat yayıb.
Məlumata görə, Bradvud şəhərindən olan kişi ad günü mərasimində dostunun ona bir neçə lotereya bileti verdiyini bildirib. Biletlərdən biri qalib olub və 11-17-22-26-36-45 kombinasiyası ilə 1 milyon dollarlıq əsas mükafatı qazandırıb.
Kişi əvvəlcə nə qədər pul qazandığını bilməyib. O, həyat yoldaşı ilə birlikdə lotereyanın mükafat mərkəzinə 1 000 dollar almaq üçün gedib. Lakin burada ona 1 milyon dollar qazandığı bildirilib.
Qalib gələn şəxs pulun bir hissəsini ailəvi səyahətlərə, yeni avtomobilə və qolf avtomobilinə xərcləməyi planlaşdırır.
Aysel Mətləb