Arktikada zəlzələ nəhəng qaya uçqununa səbəb oldu - Təbii fəlakətlər olacaq
2025-ci ilin martında Arktikada baş verən güclü zəlzələ nəhəng qaya uçqununa səbəb olub.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Alimlər hadisənin arxasında iqlim istiləşməsinin də dayana biləcəyini düşünürlər. Tədqiqatçılar bildiriblər ki, zəlzələdən əvvəl ərazidəki əbədi donuşluq tədricən zəifləyib. Bu isə dağ yamaclarını daha qeyri-sabit vəziyyətə gətirib.
Məlumata görə, martın 10-da Norveçə məxsus Yan Mayen adasında 6,5 bal gücündə zəlzələ baş verib. Bir neçə dəqiqə sonra Kjerulf buzlağının yuxarı hissəsində böyük qaya uçqunu başlayıb.
Nəhəng vulkanik qaya parçaları yamacdan aşağı sürüşərək buzlağın səthini örtüb. Uçqun zəlzələnin episentrindən təxminən 7 kilometr məsafədə baş verib. Zəlzələ yaxınlıqdakı Weyprecht buzlağında da çatların yaranmasına səbəb olub.
Alimlər hesablər edirlər ki, ərazidəki əbədi donuşluğun əriməsi yamacın sabitliyini zəiflədib. Donmuş su qaya çatlarında bir növ “sement” rolunu oynayaraq süxurları bir yerdə saxlayır. Temperatur yüksəldikcə bu buzun əriməsi qayalar arasındakı əlaqəni zəiflədir.
Araşdırma zamanı peyk görüntüləri, seysmik məlumatlar, iqlim göstəriciləri və digər məlumatlar təhlil edilib. Mütəxəssislər son 40 ildə Yan Mayendə zəlzələlər qeydə alınsa da, bu miqyasda qaya uçqununun müşahidə edilmədiyini bildiriblər.
Alimlər bu prosesi təbii fəlakətlərin “gücləndiricisi” kimi qiymətləndirirlər. Onların fikrincə, iqlim dəyişikliyi fəlakətə birbaşa səbəb olmaya bilər, lakin ərazini daha həssas vəziyyətə gətirərək zəlzələ kimi hadisələrin daha ciddi nəticələrə səbəb olmasına şərait yarada bilər.
Türkan İsgəndərli