Çempionlar Liqasına start verildi: İlk gecənin qalibləri!
UEFA Çempionlar Liqasında 2026-2027 mövsümünə iki oyunla start verilib.
TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin ilk turunda AEK (Yunanıstan) LASK-la (Avstriya), "Brügge" (Belçika) isə "Aston Villa" (İngiltərə) ilə üz-üzə gəlib.
"Brügge" - "Aston Villa" matçında qonaqlar 2:3 hesabı ilə qalib gəliblər. İngiltərə təmsilçisinə qələbə qazandıran qolların müəllifləri Con Makginn (11-ci dəqiqə), Emiliano Buendiya (22) və Nikolas Cekson olublar. Belçika klubundan isə Uqo Vetlesen (19) və Nikolo Trezoldi (61) fərqləniblər.
AEK - LASK qarşılaşmasında isə qalib gələn tərəf meydan sahibləri olublar. Yunanıstan təmsilçisinə üç xalı qazandıran qolun müəllifi Reevan Marin (21) olub.