İran Hörmüzdən əldə etdiyi pulları hara xərcləyəcək?
İran hakimiyyəti Hörmüz boğazından keçid rüsumlarından əldə edilən vəsaiti əhalinin rifahının yaxşılaşdırılmasına və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi, deputat Həsən Qaşqavi bildirib.
"Bu qanun layihəsinin (Hörmüz boğazının təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsinə dair strateji tədbirlər haqqında) baxılması zamanı həmin qanunun icrası nəticəsində əldə olunan gəlirlərin bölgüsü ilə bağlı mühüm qərarlar qəbul edilib", - deyə o məlumat verib.
Qaşqavi gəlirlərin ərzaq kartları şəklində əhalinin yaşayış səviyyəsinin dəstəklənməsinə, hərbi əməliyyatlardan zərər çəkmiş əyalətlərə, adalara və dəniz infrastrukturuna, hava hücumundan müdafiəyə üstünlük verilməklə ölkənin müdafiə və infrastruktur potensialının möhkəmləndirilməsinə, eləcə də hərbi qulluqçuların yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldiləcəyini qeyd edib.
Aysel Mətləb