Yunanıstan İtaliyadan “ikinci əl” dəniz alış-verişi etdi
Yunanıstan İtaliyadan iki ədəd istismarda olmuş FREMM tipli freqat satın alır.
TodayPress TV xəbər verir ki, məlumata görə, “Carlo Bergamini” və “Virginio Fasan” adlı gəmilərin alınmasına təxminən 460 milyon avro xərclənəcək. Hər iki freqat 2013-cü ildə istismara verilib və Yunanıstana müvafiq olaraq 2028 və 2029-cu illərdə təhvil veriləcək.
Gəmilər Aster 15/30 raketləri və aktiv fazalı antenaya malik AESA radarı ilə təchiz olunub. Freqatlardan birində sualtı qayıqlarla mübarizə üçün yedəkli hidroakustik sistem də mövcuddur.
Yunanıstan gəmilərdəki İtaliya istehsalı gəmiəleyhinə raketləri öz arsenalındakı Exocet və ya Harpoon raketləri ilə əvəz etməyi planlaşdırır.
Razılaşma “2+2” sxemi üzrə həyata keçirilir. Tərəflər əlavə olaraq daha iki freqatın alınması ilə bağlı danışıqlar da aparırlar.
İtaliya isə bu gəmiləri daha yeni FREMM EVO tipli freqatlarla əvəz edir.
Kübra Musayeva