BMT İsrailin bu əməliyyatlarını “hərbi cinayət” adlandıra bilər

BMT İsrailin bu əməliyyatlarını “hərbi cinayət” adlandıra bilər
08.09.2026 19:05 Dünya

İsrailin Suriyanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar, o cümlədən reydlər, müdaxilələr və mülki şəxslərin saxlanılması hərbi cinayət kimi qiymətləndirilə bilər.

TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin araşdırma komissiyası xəbərdarlıq edib.

Komissiyanın apardığı araşdırma zamanı 49 suriyalının saxlanıldığı müəyyənləşdirilib.

BMT komissiyası İsrailin bölgədə genişlənən hərbi mövcudluğunun Suriyanın suverenliyini və 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması haqqında sazişi pozduğunu bildirib.

Komissiya İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətlərinin beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurduğunu qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər