“Gənclik Mall”da texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşdü (VİDEO) - YENİLƏNDİ

“Gənclik Mall”da texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşdü (VİDEO) - YENİLƏNDİ
08.09.2026 16:25 Hadisə

“Gənclik Mall” ticarət mərkəzində bir neçə dəqiqə əvvəl yaranmış texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşüb.

TodayPress TV xəbər verir ki, ticarət mərkəzindən verilən məlumata görə, hazırda ticarət mərkəzində vəziyyət normaldır və hər şey qaydasındadır.

Ticarət mərkəzi yaranmış müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyib.

TodayPress TV

***

16:14

Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində həyəcan siqnalı verilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Unikal"a daxil olan məlumata görə, hazırda vətəndaşların təxliyəsi həyata keçirilir.

Həyəcan siqnalının hansı səbəbdən verilməsi hələlik məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər