“Barselona”ya növbəti şok: Flik də namizədlər arasında yer almadı
2026-cı ilin “İlin ən yaxşı məşqçisi” mükafatına namizəd olan beş mütəxəssisdən dördü ispaniyalıdır.
TodayPress TV xəbər verir ki, məşqçilər üçün nəzərdə tutulan əsas fərdi mükafata iddiaçılar siyahısına London “Arsenal”ından Mikel Arteta, Fransanın PSJ klubundan Luis Enrike, İngiltərənin “Aston Villa” komandasından Unai Emeri və İspaniya millisini çalışdıran Luis de la Fuente daxil edilib.
Mükafata iddia edən yeganə qeyri-ispaniyalı mütəxəssis isə Almaniyanın “Bavariya” klubunu çalışdıran belçikalı Vensan Kompani olub.
Bununla yanaşı, “Barselona” ilə İspaniya çempionu olan baş məşqçi Hans-Diter Flik ilk beşliyə düşə bilməyib.
Qalibin adı “France Football” nəşrinin təşkil etdiyi və oktyabrın 26-da keçiriləcək “Qızıl top” (Ballon d'Or) mükafatlandırma mərasimində elan olunacaq.
Namiq HUN