Faşistlərin qalibiyyətinə Merkeldən reaksiya: "Ürəyim qan ağlayır”

Faşistlərin qalibiyyətinə Merkeldən reaksiya: "Ürəyim qan ağlayır”
08.09.2026 16:50 Dünya

Almaniyanın keçmiş federal kansleri Angela Merkel Saksoniya-Anhalt əyalətində “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkilərdə qələbə qazanmasından təəssüfləndiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Seçkilərin nəticələrini şərh edən Merkel bunun Almaniya Federativ Respublikasının tarixində “dönüş nöqtəsi, həqiqətən də yaşadığımız dönüş nöqtəsi” olduğunu deyib.

“Mən Xristian Demokrat İttifaqının (XDİ) üzvü kimi bunu açıq şəkildə deməliyəm: ürəyim qan ağlayır”, – Merkel bildirib.

Qeyd edək ki, “Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt əyalət parlamentinə keçirilən seçkilərdə böyük fərqlə qalib gəlib. Partiya səslərin 43,8 faizini toplayıb. Əyalət hökumətinə rəhbərlik edən Xristian Demokrat İttifaqı (XDİ) isə 17,2 faiz səs əldə edib ki, bu da qalib partiyanın nəticəsindən iki dəfədən çox azdır. AfD üçün bu, partiyanın tarixində əyalət seçkilərində qeydə alınan ən yüksək nəticədir.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər