Mümkünsüzü bacardılar: NASCAR tarixində ağlasığmaz pit-stop rekordu!
Əfsanəvi basketbolçu Maykl Cordanın sahibi olduğu “23XI Racing” komandası ötən həftəsonu “NASCAR Cup Series”də yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, “Darlinqton Reysvey”də keçirilən “Cook Out Southern 500” yarışında Bubba Uollasın pit-briqadası seriya tarixində ilk dəfə olaraq dörd təkərin hər birini cəmi 7,86 saniyəyə dəyişərək tarixi rekord müəyyənləşdirib.
Əvvəlki rekord bu ilin martında “Joe Gibbs Racing” komandasına məxsus idi. Həmin vaxt Kristofer Bellin avtomobilinə Las-Veqasda 7,98 saniyəyə xidmət göstərilmişdi. Bu, NASCAR tarixində tam pit-stopun səkkiz saniyədən az çəkdiyi ilk hal kimi qeydə alınmışdı.
Darlinqtondakı yarış 2026-cı il mövsümünün pley-off ("Çeys") mərhələsinin ilk mərhələsi olub. Mübarizədən Kristofer Bell ("Joe Gibbs Racing") qalib ayrılıb, Bubba Uollas 8-ci yeri tutub, onun komanda yoldaşı Tayler Reddik isə 3-cü pilləyə yüksəlib. Ümumi hesabda müntəzəm mövsümün qalibi Denni Hemlin liderlik edir.
Xatırladaq ki, mövsümün əvvəlində “23XI Racing” komandası daha bir rekordla yadda qalmışdı; Tayler Reddik çempionat tarixində ilk üç yarışı ard-arda qazanan ilk pilot olmuşdu.
Namiq HUN