Almaniya əsl savaşı görəcək - Rusiyanın bircə Jukovu çatmır

Almaniya əsl savaşı görəcək - Rusiyanın bircə Jukovu çatmır
08.09.2026 15:30 Dünya

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun sentyabrın 18-dək fəaliyyətini dayandırılmasını və bütün əməkdaşlarının həmin gün ölkəni tərk etməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu qərarla Berlin və Moskva arasında diplomatik əlaqələrin daha bir kanalı bağlanıb. Diplomatik nümayəndəliklərin sayının azalması növbəti insidentlərin yanlış qiymətləndirilməsi və onların qarşısının alınmasının çətinləşməsi riskini artırır.

Vəziyyət Rusiya xarici işlər naziri Sergey Lavrovun Almaniyanın “real müharibə”yə doğru irəlilədiyini bildirdiyi bir vaxtda daha da gərginləşib.

Sərt ritorikanın artması və diplomatik təmas kanallarının daralması Berlinlə Moskva arasında münasibətlərin nəzarətdən çıxması ilə bağlı narahatlıqları gücləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər