"Aylar və illər boyu davam edə bilər!" - Pentaqondan Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

"Aylar və illər boyu davam edə bilər!" - Pentaqondan Ukrayna müharibəsi ilə bağlı PROQNOZ
08.09.2026 19:24 Dünya

Pentaqon Şimali Atlantika Müqaviləsi Təşkilatının Ukraynada uzunmüddətli münaqişəyə hazır olmasını vurğulayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi məlumat verib.

"ABŞ Müdafiə Nazirliyinin mövqeyindən yanaşsaq, biz bu faciəvi müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq iqtidarında deyilik. Biz uzunmüddətli münaqişəyə, həmçinin Ukraynanın ehtiyaclarının hələ aylar və illər boyu davam edəcəyinə hazır olmalıyıq. Bundan başqa, biz digər ehtimal olunan fövqəladə hallara da hazır olmalıyıq", - deyə o bildirib.

Nazir əlavə edib ki, bu reallıqlar Avropanın Ukraynaya dəstəyini saxlamasının və onun yenidən silahlanma, eləcə də sənayeləşdirilmə tempini sürətləndirməsinin əhəmiyyətini artırır.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər