Azərbaycan atleti tələbələr arasında dünya çempionatında qızıl medal qazandı

Azərbaycan atleti tələbələr arasında dünya çempionatında qızıl medal qazandı
08.09.2026 23:13 İdman

Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.

Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.

Beləliklə Tehran Məmmədov toplamda göstərdiyi 289 nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.

Bununla da o, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər