Ayıdan xilas olmaq istədi, qayalıqdan yıxıldı - Hindistanda FACİƏ
Hindistanda bir qadın ayının hücumundan xilas olmağa çalışarkən hündürlükdən yıxılaraq həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Garhwal Post” məlumat yayıb.
Bildirilib ki, hadisə Uttarakhand ştatında baş verib.
Məlumata əsasən, qadın tanışı ilə birlikdə yolda aqressiv davranan ayı ilə qarşılaşıb. Xilas olmaq üçün qadınlardan biri qayalıq çıxıntıya doğru qaçıb. Lakin burada hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb və həyatını itirib.
Digər qadın da ayının hücumu nəticəsində xəsarət alıb. Hadisə yerinə qısa müddətdə onun həmkəndliləri gəlib və qadını xilas ediblər.
Nəşrin məlumatına görə, xəsarət alan qadının vəziyyəti ağır olduğundan sonradan müalicəsinin davam etdirilməsi üçün daha böyük tibb müəssisəsinə göndərilib.
Aysel Mətləb