ABŞ-İran gərginliyi qızışdı, neftin qiyməti 100 dollara yaxınlaşdı
Brent markalı neftin qiyməti bu gün 99 dollar/barelə çataraq son təxminən altı həftənin ən yüksək səviyyəsini yeniləyib.
TodayPress TV xəbər verir ki, neft qiymətlərində artım davam edir. Buna səbəb İran və ABŞ arasında gərginliyin daha da eskalasiya etməsi və bunun enerji bazarlarında yeni risklər yaratmasıdır.
Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neft bazarında qiymət artımını sürətləndirə bilər.
Kübra Musayeva