U14 millimiz Yalova turnirini ikinci yerdə başa vurdu
14 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq mövsümöncəsi hazırlıq turnirində dörd oyun keçirib.
TodayPress TV xəbər verir ki, millimiz ilk üç qarşılaşmada qələbə qazanıb, son oyunda isə Bursa Finalspora məğlub olaraq turniri ikinci pillədə tamamlayıb.
Komandamızın turnirdəki nəticələri:
Azərbaycan 64:57 Falcons B
Azərbaycan 100:39 AESK
Azərbaycan 52:47 Bursa SAS
Azərbaycan 56:91 Bursa Finalspor
