İran tankerlərə ultimatum verdi: “Dərhal gəmiləri tərk edin!”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin İran neft tankerlərinə endirdiyi zərbələrdən sonra bölgədəki gəmilərə “təcili xəbərdarlıq” edib.
TodayPress TV xəbər verir ki, SEPAH ekipajlara Küveyt və Bəhreyn limanlarının yaxınlığında yerləşən tankerləri dərhal tərk etməyi əmr edib. Bildirilib ki, gəmilər lövbərdə və ya limanda dayanmasından asılı olmayaraq, “hədəfə çevriləcək”.
SEPAH həmçinin Küveyt və Bəhreyni ərazilərində ABŞ qüvvələrini yerləşdirməkdə və son hücumlarda “tərəfdaş” olmaqda ittiham edib.
Kübra Musayeva