Messi tarix yazdı: “Qızıl top”da 20 illik inanılmaz rekord
“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il “Qızıl top” mükafatına namizədlər sırasında yer almaqla futbol tarixində unikal rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, “CentreGoals” portalının sosial şəbəkədə yaydığı məlumata görə, argentinalı futbolçu “Qızıl top”a ilk və son nominasiyası arasında 20 illik fasilə olan tarixdə ilk oyunçudur.
Messi ilk dəfə 2006-cı ildə dünyanın ən yaxşı futbolçuları arasında “Qızıl top”a namizəd göstərilib. Ümumilikdə isə 39 yaşlı ulduz 20 il ərzində 17 dəfə bu mükafata namizədlər siyahısında yer alıb.
Messi ötən mövsüm MLS-in qalibi olub və liqanın ən yaxşı futbolçusu seçilib. O, Argentina millisinin heyətində 2026-cı il dünya çempionatının finalına qədər irəliləyib.
Qeyd edək ki, Messi karyerası ərzində 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, bu uğura 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə imza atıb.
Argentinalı futbolçu daha əvvəl “Barselona” və PSJ-nin formasını geyinib və bu klublarla çoxsaylı nüfuzlu titullar qazanıb.
Namiq HUN