ÇL-də Haaland fırtınası: norveçli ulduz Mülleri də keçdi
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.
TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin ilk turunda “Portu” ilə qarşılaşmada dubl edən Haaland turnirdə keçirdiyi 59 oyunda eyni sayda – 59 qol vurub.
26 yaşlı futbolçu bu göstərici ilə Çempionlar Liqasının bombardirlər siyahısında Tomas Mülleri geridə qoyub. “Bavariya”nın sabiq hücumçusu turnirdə 57 qola imza atıb.
Haaland hazırda Çempionlar Liqasının ən məhsuldar futbolçuları siyahısında 7-ci pillədə qərarlaşıb. Norveçli hücumçu 99 oyunda 71 qol vuran “Real Madrid”in forvardı Kilian Mbappeni təqib edir.
Siyahıya isə “Real Madrid”in sabiq hücumçusu Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz Çempionlar Liqasında 140 qol vurub.
Namiq HUN