Bakıya gələn erməni kəşfiyyatçısı belə "üzə çıxarıldı"

Bakıya gələn erməni kəşfiyyatçısı belə "üzə çıxarıldı"
23.09.2026 15:00 Təhlil

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin direktoru Kristinne Qriqoryanın 4-cü Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün sentyabrın 23-də Azərbaycana rəsmi səfər etdiyi məlumdur.

Səfərin təfərrüatları ilə yanaşı, Ermənistanın baş kəşfiyyatçısının keçdiyi həyat yolu və karyera pillələri də diqqət çəkir. Ortaya çıxan faktlar göstərir ki, ölkənin əsas kəşfiyyat qurumuna rəhbərlik edən Qriqoryanın bu sahə ilə, demək olar ki, heç bir peşəkar bağlılığı və ya hərbi-kəşfiyyat təcrübəsi yoxdur.

Onun tərcümeyi-halına nəzər saldıqda aydın olur ki, Qriqoryan 2014–2015-ci illərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi parlament layihələrindən birində sadəcə koordinator və deputat köməkçisi kimi fəaliyyət göstərib. Məhz 2018-ci il hakimiyyət dəyişikliyindən sonra onun sürətli yüksəlişi başlayıb və o, baş nazirin birinci müavininin müşaviri təyin olunub.

Peşəkar kəşfiyyat təcrübəsi olmayan, fəaliyyətinə qərb təşkilatlarının layihələrində köməkçi kimi başlayan Qriqoryan 2023-cü ildə yenicə yaradılan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postuna gətirilib. Bu kadr seçimi Ermənistanda xüsusi xidmət orqanlarının peşəkarlıqdan daha çox siyasi loyallıq və xarici qrant layihələri üzərində formalaşdırıldığını bir daha üzə çıxarır.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər