Putin 55 ölkədən özünə ordu yığıb?
Ukraynada əsirlikdə olan Rusiya hərbçilərinin təxminən 10 faizinin üçüncü ölkə vətəndaşları olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın “Yaşamaq istəyirəm” layihəsi məlumat yayıb.
Layihənin məlumatına görə, 2026-cı ilin sentyabrına olan məlumata əsasən, Ukrayna əsirliyində Rusiyanın tərəfində döyüşmüş 55 ölkə vətəndaşı var.
Bildirilib ki, layihənin əlində 2022-ci ildən etibarən Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan, demək olar, 29 min əcnəbinin adı var.
Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Ukrayna tərəfindən əsir götürülən əcnəbilərin sayı 2025-ci ilin bütün ili ərzində əsir götürülənlərdən çox olub.
Əsir götürülənlər arasında Argentina, Panama, Paraqvay, Peru, Honduras, Vyetnam, Monqolustan və digər ölkələrin vətəndaşlarının olduğu qeyd edilir.
“Yaşamaq istəyirəm” layihəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından bu yana Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan, demək olar, 29 min əcnəbinin adını müəyyənləşdirdiyini açıqlayıb.
Kübra Musayeva