Liviya Təhlükəsizlik Şurasına namizədliyini AÇIQLADI

Liviya Təhlükəsizlik Şurasına namizədliyini AÇIQLADI
23.09.2026 23:10 Dünya

Liviyanın Prezident Şurasının rəhbəri Məhəmməd əl-Mənfi BMT kürsüsündən ölkənin 2028-2029-cu illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bildirib.

"Bu kürsüdən Liviya Afrika qrupundan 2028-2029-cu illər müddətinə Təhlükəsizlik Şurasına üzvlük üçün namizədliyini elan edir", - deyə o vurğulayıb.

Əl-Mənfinin sözlərinə görə, Liviyanın kampaniyası "Təhlükəsizlik və sülh naminə ədalətin bərqərar olunması, Liviya — xalqlar arasında körpü" şüarı altında keçirilir. O, BMT-yə üzv dövlətləri ölkənin namizədliyini dəstəkləməyə çağırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər