ABŞ-Azərbaycan xəttində mühüm görüş: Nələr müzakirə edildi?
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparıb, uzunmüddətli regional təhlükəsizliyi, sülhü və sabitliyi təşviq etmək məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığı vurğulayıblar.
Görüşdə Azərbaycanın əsas regional rolu vurğulanıb.