Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi

    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi
23.09.2026 20:50 Hərbi

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib.

Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib.

FOTOLAR

    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 1
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 2
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 3
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 4
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 5
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 6
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 7
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 8
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 9
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 10
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 11
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 12
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 13
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 14
    Üç qardaş ölkənin hərbçiləri Azərbaycanda gücünü birləşdirdi — 15
XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər